Modern.az

“News York Times” qəzetinin əməkdaşı Qarabağa qanunsuz səfər etdi

“News York Times” qəzetinin əməkdaşı Qarabağa qanunsuz səfər etdi

Təhsil

9 Aprel 2015, 11:50


ABŞ-ın ən nüfuzlu media qurumlarından olan “New York Times” qəzetində Dağlıq Qarabağı turizm bölgəsi kimi təbliğ edən məqalə çıxıb. Modern.az xəbər verir ki, qəzetin “Travel” (Səyahət) bölməsində səyyah Set Kuqel Dağlıq Qarabağa səfəri barədə

təəssüratlarını yazıb. “A warm welcome in the Caucasus Mountains” (Qafqaz dağlarında xoş qarşılanma) adlı yazıda müəllif Şuşa, Xankəndi və Ağdərəyə etdiyi səfərlərdən danışır.

Set Kuqel Dağlıq Qarabağın turistlər üçün təhlükəsiz, qiymətlərin isə münasib olduğunu yazır və oxucularını işğal altındakı Azərbaycan torpaqlarına səfər etməyə çağırır.

Yazının orijinalı ilə bu linkdə tanış ola bilərsiniz: 

//www.nytimes.com/2015/04/12/travel/a-warm-welcome-in-the-caucasus-mountains.html?smid=tw-share&_r=3

Vüqar İsmayılov

 
 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə