Bakıda tanınmış həkimin evindən külli miqdarda pul və qızıl oğurlayan şəxs tutulub. Modern.az saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Belə ki, Xətai Raron Polis İdarəsinin 37-ci Polis Bölməsi, Lənkəran Şəhər Polis Şöbəsi və Astara Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlamış Astara rayon sakini Elvin Əliyev tutulub, Anar Əliyev isə müəyyən edilib.
Araşdırmalar zamanı evdən oğurlanmış qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satıldığı müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub
Qeyd edək ki, mənizli qarət olunan Mircəlal KazımiSəhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktorudur.
Modern.az