Bəzi insanlar yaşadıqları bədəndə özlərini narahat hiss edirlər. Belə insanlarda bioloji cinsləri ilə beynindəki psixoloji şəxsiyyət arasında konflikt yaranır. Ona görə onların bir çoxu hormonal-cərrahi müdaxilə yolu ilə öz cinslərini dəyişirlər və buna görə transseksual adlandırılırlar. Əks halda, beynindəki və faktiki cinsi mənsubiyyəti arasındakı konflikt transeksualların intiharına, çoxillik depressiyasına və digər fəsadlara səbəb olur.
Modern.az dünyanın ən məşhur transseksuallarını təqdim edir.
Vladimir Lüksuriya (Vladimiro Qvadano) – italiyalı aktrisa, deputat da olub. İtaliya Kommunist Partiyasının üzvü kimi deputat kürsüsünə yiyələnmişdi. Qadın kimi yaşamasına baxmayaraq, o, hüquqi və fiziki mənada kişi olaraq qalır və heç bir cərrahi müdaxiləyə məruz qalmayıb.
Amanda Lir (Alen Tap) – fransız müğənni və model. Alen Tap 17 yaşında qadına və məşhur rəssam Salvador Dalinin muzasına çevrilib.
Corcina Bayer (Corc Bertran) – Yeni Zelandiya parlamentinin üzvü. Bayer 27 yaşındaykən cərrahi əməliyyat keçirərək qadına çevrilib. 1999-cu ilin noyabrında Leyboristlər Partiyasının üzvü kimi deputat seçilən ilk transseksual kimi tarixə düşüb.
Lana Vaçovski (Lourens Vaçovski) – amerikalı məşhur rejissor, ssenarist və prodüserdir. “Matrisa” filminin rejissoru 2003-cü ilə qədər kişi olub. Lakin əməliyyatdan sonra 38 yaşında qadına çevrilib.
Dana İnterneşinal (Yaron Koeen) – israilli müğənni. 18 yaşında cinsini dəyişərək qadına çevrilib. Dana İnterneşinal 1998-ci il “Eurovisia” mahnı müsabiqəsində 1-ci yeri tutmaqla populyarlıq qazanıb.
Aleksis Arket (Robert Arket) – amerikalı aktyor. Hollivud ulduzu kimi bir çox önəmli fildə rol alan Robert Arket 2006-cı ildə cinsini dəyişdikdən sonra transseksual rollarını ifa edir.
Lea Kerezo (Leandro Kerezo) – braziliyalı model. Dünyanın ən məşhur model transseksualı 1981-c ildə Leandro adı ilə dünyaya gəlib. 2009-cu ildə hormonal əməliiyatdan sonra qadın olub və dünya podiumlarında uğur qazanıb.
Bülənt Ərsoy (Bülənt Ərkoç) - məşhur türk sənətçisi. Bu sənətçi məhşurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişdi. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başladı. O illərdə bu hərəkət diqqəti cəlb etməyə bilməzdi, ona görə də bu müğənni sərt təpkilərlə qarşılaşdı.
1981-ci ildə Londonda cinsiyyətini dəyişdirərık qadına çevrilən Bülənt Ərsoy o zaman bu əməliyyata 40 min dollar ödəmişdi. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ersoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib. Vaxtilə dövlətin qoyduğu qadağalara görə, bu durumda o səhnəyə qayıda bilməzdi. Çünki Türkiyə hökuməti transseksualların səhnədə görünməsinə icazə vermirdi. Nəticədə Bülent Ersoy uzun müddət səhnədən uzaqda qalmağa məcbur olmuşdu.
Azərbaycanda cinsini dəyişdirmək üçün həkimə müraciət edənlər var. Araşdırmalara görə, Azərbaycanda cinsini dəyişənlər əsasən kişidən qadına çevrilənlərdir. Doğrudur, onların arasında məşhurlar yoxdur, amma faktlar ölkəmizdə transseksualların olduğunu deməyə əsas verir. Nə yazıq ki, belə əməliyyata meyl edənlərin sayının ildən-ilə artdığı bildirilir.
Vüqar İsmayılov