ABŞ prezidenti Barak Obama Yamaykanın baş naziri Porşii Simpson-Millerin vəzifəsini səhv salıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ lideri Yamaykaya səfərdədir. Obama görüş zamanı Simpson-Milleriə “xanım prezident” deyə müraciət edib.O, əslində ölkənin hökumətinə rəhbərlik etsə də, formal dövlət başçısı Böyük Britaniyanın kraliçası II Yelizavetadır.
Yamayka 1962-ci ildə müstəqilliyini elan edib.
Modern.az