Modern.az

Dövlət Departamenti Xamneyinin bəyanatını şərh etməkdən imtina etdi

Dövlət Departamenti Xamneyinin bəyanatını şərh etməkdən imtina etdi

Təhsil

9 Aprel 2015, 23:52


ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini vəzifəsini  icra edən Ceff Ratke İranın ali dini lideri ayətullah Əli Xameyinin bəyanatını şərh etməkdən imtina edib.

Qeyd edək ki, İranın ali rəhbəri bildirib ki, ölkəsi ilə “altılıq” dövlətləri arasında əldə olunan nüvə razılaşması barədə yekun sazişin imzalanacağına sığorta yoxdur.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Ceff Ratke yalnız İrana qarşı sanksiyaların aradan qaldırılmasının şərtlərini xatırladıb. O deyib ki, İran Lozannada əldə edilən razılaşmaya əməl edərsə, ona qarşı sanksiyalar ləğv ediləcək.  

Məlumat üçün bildirək ki, İran prezidenti Həsən Ruhani də Qərbi verdiyi vədə əməl etməyə çağırmışdı.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə