Dağıstan Respublikasının Kizlər şəhərindəki əsas məsciddə yanğın baş verib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yanğın yerli vaxtla bu gün səhər saat 8:45-də başlayıb və yarım saat sonra bütün binanı bürüyüb. Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb olunub.
Hadisədən az əvvəl səhər namazı qılan insanlar bayıra çıxdıqlarından hələ ki xəsarət alanların olub-olmadığı haqda məlumat verilmir. Hadisənin videosuna aşağıdakı linkdən baxmaq olar.
Modern.az