Modern.az

Bakıda arvadını avtobusda öldürən kişi haqda rəsmi MƏLUMAT

Bakıda arvadını avtobusda öldürən kişi haqda rəsmi MƏLUMAT

10 Aprel 2015, 13:26

Bakı şəhər Baş Polis İdarəsi və Prokurorluğu paytaxtda marşrut avtobusunda törədilən qətllə bağlı birgə məlumat yayıb.

Bakı şəhər Prokurorluğundan Modern.az-a verilən məlumatda qeyd olunur ki, aprelin 8-də saat 20:50-də paytaxtın Yasamal rayonu ərazisində 135 №-li marşrut avtobusunda 1962-ci il təvəllüdlü Namiq Məmmədov aralarında baş vermiş münaqişə zəminində arvadı, 1966-cı il təvəllüdlü Fatma Şəmiyevanın bədəninin müxtəlif nahiyələrinə üstündə gəzdirdiyi bıçaqla vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

N.Məmmədov Yasamal rayon Polis İdarəsinə gələrək törətdiyi cinayət əməlini etiraf edib və o, cinayətin törədilməsində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə