Azərbaycan Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin səlahiyyət müddəti uzadılıb. Bu barədə Modern.az-a Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov məlumat verib.
O qeyd edib ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Xanlar Vəliyev növbəti 5 ildə də bu Respublika Hərbi Prokuroru vəzifəsini icra edəcək.Yeganə Oqtayqızı