Modern.az

Milli Məclisin deputatları Səudiyyə Ərəbistanına gedir

Milli Məclisin deputatları Səudiyyə Ərəbistanına gedir

10 Aprel 2015, 17:16


Milli Məclisin deputatları Fəttah Heydərov, Bəxtiyar Əliyev, Mahir Aslanov və Qalib Salahzadə aprelin 11-dən 17-dək Səudiyyə Ərəbistanı Krallığında səfərdə olacaqlar.

Milli Məclisdən Modern.az-a verilən məlumata görə Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti ilə həyata keçiriləcək səfər çərçivəsində bu ölkənin parlament rəhbərliyi, parlamentlərarası dostluq qrupunun üzvləri, Ticarət və Sənaye Nazirliyinin məsul şəxsləri, Ər-Riyad şəhərinin qubernatoru, Elm və texnologiyalar şəhərciyinin elm xadimləri və digər şəxslərlə görüşlər nəzərdə tutulub.

Keçiriləcək görüşlərdə parlamentlərarası münasibətlərin inkişafı, mədəniyyət, elm və texnologiyalar sahələrində əməkdaşlıq barədə müzakirələr aparılacaq.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə