Modern.az

Daha bir jurnalist icazəsiz Qarabağa getdi

Daha bir jurnalist icazəsiz Qarabağa getdi

10 Aprel 2015, 17:33


Rusiyanın ərazi subyekti olan Başqırdıstan Muxtar Respublikasının ümumrespublika qəzeti “Respublika Başqırdıstan” Dağlıq Qarabağla bağlı geniş məqalə çap edib.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qəzetin əməkdaşı Elza Baymuxametova Dağlıq Qarabağa qanunsuz səfər edərək işğal olunan Azərbaycan torpaqları ilə bağlı öz təəssüratlarını bölüşüb.

O, Dağlıq Qarabağın müdafiə naziri Movses Akopyan və digər vəzifəli şəxslərlə görüşlər keçirib. Bir neçə gün öncə  ABŞ-ın “New York Times” qəzetinin əməkdaşı Set Koqel Dağlıq Qarabağa rəsmi Bakının icazəsi olmadan səfər etdiyi üçün adı”qara siyahı”ya salınıb.    

Vüqar İsmayılov  

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə