Modern.az

Kredit borcunu ödəyə bilməyən böyrəyini satır

Kredit borcunu ödəyə bilməyən böyrəyini satır

10 Aprel 2015, 17:52


Osmanıyənin Kadirli mahalında banka olan borclarını ödəyə bilməyən təmizlik işçisi boynuna

“Satlıq böyrək” elanı asıb böyrəyini satışa çıxarıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aldığı kredit və kredit kartı borclarını ödəyə bilməyən təmizlik işçisi, 39 yaşlı Alparslan Sarı borclarından xilas olmaq üçün çarəni böyrəyini 50 min türki lirəsinə satışa çıxarmaqda tapıb.

Kadirli bələdiyyəsində təmizlik işləri ilə məşğul olan Alparslan Sarı bəzi banklardan kredit, bəzilərindən isə kredit kartı alıb. Beş il müddətində borclarını ödəməyən Sarının bank borcları faizi ilə birlikdə 40 min lirəni keçib.

Biri universitet tələbəsi iki uşaq atası olan Alparslan Sarı bank borclarını ödəyə bilmək üçün böyrəyini satmağa qərar verib. Bunun üçün Alparslan Sarı satlıq böyrək, qiyməti 50 min türk lirəsi, qan qrupu Arh+ və əlaqə nömrəsi yazdığı elanı boynundan asıb.  

Yoldan keçənlərin maraqlı baxışları ilə üzləşən Sarı deyib: “Banklara çoxlu borcum var. Artıq başqa çarəm qalmadı. Bir dəfə düşdüm.

Atam belə özünə borcum olmamasına baxmayaraq mənə borcun var deyir. Mən də böyrəyimi satışa çıxardım”.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə