Modern.az

Obama arvadı ilə birgə bir ildə 477 min dollar qazanıb

Obama arvadı ilə birgə bir ildə 477 min dollar qazanıb

11 Aprel 2015, 10:16


Ağ evin mətbuat xidməti ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişelin gəlir bəyannaməsini açıqlayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sənədə görə ötən il bu cütlük yarım milyon dollardan bir qədər az qazanıblar.

Sənəddə o da qeyd edilir ki, ərlə-arvad 93 min dollardan bir qədər çox vergi ödəyiblər, 70 min isə müxtəlif xeyriyyə təşkilatlarına yardım ediblər.

Bundan əlavə, Obamlar keçmiş hərbçilərin müalicəsi və reabilitasiyası ilə məşğul olan Fisher House Foundation təşkilatının hesabına 22 min dollar köçürüblər.  

ABŞ-ın vitse-prezidenti Co Baydenin və onun arvadı Cillin də gəlir bəyannaməsi açıqlanıb. Sənədə görə bu cütlük 2014-cü ildə 338 min dollar qazanıb və bunun 90 minini vergi kimi ödəyiblər.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə