Məktəbdə keçiriln budəfəki tədbirdə həftənin əvvəlindən başlanan kimya, fizika, biologiya dərslərinə yekun vurulub. Məktəbin dəqiq elmlər kafedrası tərəfindən müəyyənləşdirilən mövzular ətrafında elm və texnologiya məsələləri ilə ilgili fikir mübadiləsi təcrübi tapşırıqlara əsaslanan materiallarla möhkəmləndirilub.
Elm və texnologiya həftəsinin yekun məşğəsində fənn müəllimləri maraqlı mülahizələrlə çıxış ediblər.
Biologiya müəllimi Fəridə Cəfərova şagirdləri dərman bitkiləri haqqında bilgilər verən stendlərin materialları ilə tanış edəndən sonra "Dərman bitkiləri və xalq təbabəti" mövzusunda söhbətini çay süfrəsi ətrafında davam etdirib.
Müəllimə Gülnar Vəliyeva fiziki hadisələr, kimyəvi reaksiyalar, atmosfer təzyiqi haqqında söz açıb. Məktəbin təcrübəli kimya müəllimi İmran Rəhimov, onun gənc həmkarları Qadir Mikayılov və Ayaz Talıbov əyləncəli kimyəvi hadisələrlə tədbirə rəng qatıblar.
Elm və texnologiyar həftəsinin hazırlamasının ideya müəllifi Avropa Azərbaycan Məktəbinin direktoru Graeme Pollockdur.