Modern.az

Ərdoğan futbol klublarının kapitanları ilə görüşəcək

Ərdoğan futbol klublarının kapitanları ilə görüşəcək

Təhsil

11 Aprel 2015, 11:38


Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə futbol Super Liqasında çıxış edən klubların kapitanları ilə görüşəcək.

Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, prezident ölkənin futbol qurumunun rəhbərliyi və Spor Toto, Super Liqasının 20 komandasının kapitanları ilə sabah İstanbuldakı iqamətgahında görüşəcək.

Qeyd edək ki, son turda Rizədən qayıdarkən “Fənərbağça” klubuna edilən silahlı hücum çempionatda yeddi günlük fasilə ilə yanaşı, müəyyən dərəcədə gərginlik də yaradıb. Gərginlik daha çox futbol camesəində hiss olunmaqdadır. Dövlət başçısı bu görüşlə həm klubların birliyini, həm də dövlətin futbol cameəsinin yanında olduğunu  göstərəcək.

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə