“Türk dünyasının Eynşteyni” adlandırılan və dünyada mikrobiologiya sahəsində ilk professorlardan olan Doktor Oqtay Sinanoğlunun səhhəti ağırlaşıb. Modern.az xəbər verir ki, bu haqda professorun həyat yoldaşı Dilək Sinanoğlu özünün rəsmi “feysbuk” hesabında yazıb. O, qeyd edib ki, həyat yoldaşı süni nəfəs aparatına bağlansa da, əlini–qolunu oynada bilir və həkimlərin danışıqlarını da anlayır. Dilək Sinanoğlunun sözlərinə görə dünyada tanınan alimin səhhəti üçün irəlidəki 4-5 gün ən önəmli günlərdən sayılır. Belə ki, həkimlərin dediyinə görə bu müddətdə özünə gəlməsə onu süni nəfəs aparatından ayıracaqlar.
Qeyd edək ki, Oqtay Sinanoğlu dünyada ən gənc professor adını alan alimlərdən biridir. Türkiyədə kimya və mikrobiologiya sahəsində son 300 ilin alimi hesab edilir. Oqtay Sinanoğlu dəfələrlə Nobel mükafatına namizdə də göstərilib.
Elmin NURİ