Modern.az

Türkiyənin tanınmış yazıçısı Bakıya gəlib

Türkiyənin tanınmış yazıçısı Bakıya gəlib

11 Aprel 2015, 14:29


Hədəf Nəşrlərinin dəvəti, Kitabevim.az mağazalar şəbəkəsinin təşkilatçılığı ilə Türkiyənin məşhur yazarı Kahraman Tazeoğlu Bakıya gəlib

Modern.az xəbər verir ki, aprelin 11-də saat 16:00-da “Kitabevim.az” mağazalar şəbəkəsində şairin “XAN” nəşriyyatı tərəfindən Azərbaycan dilinə çevrilmiş "Bukre" romanı və "Səni içimdən tərk edirəm" şeir kitablarının imza günü keçiriləcək.

12 apreldə müəllif 16:00-da Kitabevim.az mağazalar şəbəkəsində “Şeir gecəsi”nə qatılacaqdır.

Tədbirdə oxucular Kahraman Tazeoğlunun şeirlərini şairin öz dilindən eşidə biləcəklər.   

Elmin NURİ  

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə