Modern.az

Volqada batma təhlükəsi olan 15 azərbaycanlı gəmiçinin ailələri narahatdır: “Onlara təcili kömək lazımdır!”

Volqada batma təhlükəsi olan 15 azərbaycanlı gəmiçinin ailələri narahatdır: “Onlara təcili kömək lazımdır!”

11 Aprel 2015, 17:51

“Bir həftədən çoxdur ki, Volqa çayında yük gəmisi təhlükə ilə üzləşib. Həmin gəmi Volqa çayında qaldığından sahilə çıxa bilmir. Gəminin heyəti küləyin  sakitləşməsini gözləyir. Gəmidəki heyətlə 3 gün əvvəl əlaqə saxlamaq mümkün olub. İndi isə heç bir əlaqə saxlaya bilmirik”.
Bunu Modern.az-a açıqlamasında Volqa çayında təhlükə ilə üzləşən və içərisində 15 azərbaycanlının ilduğu gəminin ekipaj üzvlərindən birinin qohumu - Eldəniz Şahmarov deyib.

Eldəniz Şahmarov aidiyyatı qurumların məsələyə diqqətli yanaşmalarını istədiklərini bildirib.

“Gəmi heyətinin təxminən 15-ə yaxın azərbaycanlı ekipaj üzvü var. Bacımın yoldaşı da həmin gəmidədir. Onun ailəsi çox narahatdır. Çünki necə olacağını bilmirik. Aidiyyatı qurumlar nə lazımdırsa, onu etmələrini istəyirik. Bu məsələnin belə qalması təklükəlidir. Burdakı ailələr narahatdır. Rusiya tərəfinin də kömək etməsini istəyirik. Volqa çayı Rusiyadan 139 km aralıdadır. Hər an hər şey ola bilər. Evakuasiya lazımdırsa, evakuasiya etsinlər. Dediyimiz odur ki, bir tədbir görsünlər. Kimə müraciət edəcəyimizi bimirik. Azərbaycandakı aidiyyatı qurumlara məsələ ilə bağlı məlumat verilməsə də, onlar hadisədən xəbərdardırlar. Məlumatları var, sadəcə hava şəraiti orda çox pisdir. Təcili, tədbir görülməsini istəyirik”.

Qeyd edək ki, bir həftədən artıqdır  Azərbaycana məxsus və içərisində 15 azərbaycanlı olan gəmi Volqa çayının daşması nəticəsində təhlükə ilə üzləşib. Hətta kömək olmasa, gəminin batma ehtimalı böyükdür.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə