Modern.az

Bakıdakı "Metropark" ticarət mərkəzində kütləvi zəhərlənmə olub

Bakıdakı "Metropark" ticarət mərkəzində kütləvi zəhərlənmə olub

12 Aprel 2015, 21:24


Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən "Metropark" ticarət mərkəzinin yeraltı dayanacağına dəm qazının sızması 30 nəfərin zəhərlənməsinə səbəb olub. Modern.az-ın məlumatına görə, Bakı şəhər Təcili Yardım Stansiyasından bildirilib ki, zəhərlənənlərə ilkin tibbi yardım göstərilib.

15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib və günün sonunda onların hamısı evlərinə buraxılıblar..

Hadisənin "Metropark" ticarət mərkəzinin qarajına qonşu binadan qaz sızması nəticəsində baş verdiyi bildirilir.

****

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, aprelin 12-də “Metropark” ticarət mərkəzində baş vermiş kütləvi zəhərlənmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, aprelin 12-də Bakıdakı "Metropark" ticarət mərkəzinin yeraltı dayanacağında dəm qazından 30-dan artıq insan zəhərlənib. Onların yarısına yerindəcə ilkin tibbi yardım göstərilib.

Fövqəladə Hallar Nazirliyindən isə Trendə bildiriblər ki, ilkin ehtimala görə, zəhərlənmə ticarət mərkəzinə bitişik binaların birindən qaz sızması nəticəsində baş verib.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə