Modern.az

Bakıda avtobusla minik maşını toqquşub, 3 nəfər ölüb

Bakıda avtobusla minik maşını toqquşub, 3 nəfər ölüb

Təhsil

13 Aprel 2015, 01:05



Bakının Sabunçu rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib. APA-nın məlumatına görə, qəza Sabunçu-Zabrat yolunun Balaxanı qəsəbəsinə dönən hissəsində qeydə alınıb.

1990-cı təvəllüdlü Elçin İlqar oğlu Orucovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə "105" saylı sərnişin avtobusu toqquşub. Nəticədə sürücü də daxil olmaqla hələlik kimliyi müəyyən edilməyən 3 nəfər hadisə yerində ölüb.

Avtobusun sürücüsü isə yaralı halda 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Qəza zamanı minik maşını deformasiyaya uğradığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) əməkdaşları cəlb olunub. Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə minik maşınında sıxışmış vəziyyətdə qalan cəsədləri çıxarıblar.

Qəzadan sonra Sabunçu-Zabrat yolunun bu hissəsində qısa müddətlik tıxac yaranıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

 Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə