"Roma Papasının bəyanatı Türkiyə üçün qəbuledilməzdir". Modern.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün twitter hesabında yazıb.
O qeyd edib ki, Roma Papası Fransiskin açıqlaması dini əsaslar üzərində qurulmamalıdır.
“Dini əsaslar belə bəyanatlar üçün əsas deyil. Bu, düşmənçiliyə və nifrətə gətirib çıxarır”,-deyə Rəcəb Tayyib Ərdoğan yazıb.Roma Papası Fransisk qondarma erməni soyqırımını, nasizmi və stalinizmi nəzərdə tutaraq bəyan edib ki, bəşəriyyət XX əsrdə bu üç amil nəticəsində böyük faciə yaşayıb.
Modern.az