Modern.az

“Literaturnaya qazeta”da azərbaycanlı şairlərin şeirləri çap olunub

“Literaturnaya qazeta”da azərbaycanlı şairlərin şeirləri çap olunub

13 Aprel 2015, 09:35


Aprelin 11-də Moskvadakı Mərkəzi Ədiblər  evində  “Literaturnaya qazeta”nın Moskvada yaşayan Azərbaycan şairlərinin yaradıcılığına həsr olunumuş həftəlik “Slovestnik” əlavəsinin  təqdimetmə mərasimi olub. Modern.az-a bu barədə AYB-nin Moskva bölməsindən məlumat verilib.

Tədbiri giriş sözüylə açan AYB  Moskva bölməsinin katibi Nəsib Nəbioğlu Moskvada yaşayan Azərbaycan şairlərinin yaradıcılığına həsr olunmuş  bu aləvədə,  21 Azərbaycan şairinin 72 şeiri nin yer aldığını vurğulayıb. “Belə bir  nüfuzlu qəzetdə Azərbaycan poeziyasının müasir mənzərəsinin rus oxucularına çatırılması təqdirə layi bir hadisədir. İlk dəfədir ki, “Literaturnaya qazeta”da bu sayda azərbaycanlı şairlərin şeirləri çap olunub. Bu bizim  burda hər birimizin fərdi uğurudur, poeziyamızın uğurudur, bölməmizin uğurudur, Azərbaycan poeziyasının uğurudur.1830-cu ilin yanvarından nəşrə başlayan, Vyzemskinin, Puşkinin, Qoqolun, Baratınskinin, Belinskinin, Kolsovun, Nekrasovun,Skotun, Hüqonun əsərlərinin çap olunduğu bu nüfuzlu qəzetin səhifələrində bu gün  azərbaycanlı şairlərinin əsərlrinin çapı olduqca sevindiricidir”.

Əlavəni çapa hazırlayan tanınmış yazıçı, ədəbiyyatşünas Abuzər Bağırov gələcəkdə  “Literaturnaya qazeta”nın  səhifələrində müntəzəm olaraq azərbaycan yazıçılarının müxtəlif janrlarda yazdığı əsərlərin çap olunacağını vurğulayıb.

Bu əsərlərin toplanmasında böyük zəhməti olan AYB  Moskva bölməsinin katibi Nəsib Nəbioğluna və “Şəhriyar” Ədəbi Mədəni Cəmiyyətinin sədri Vasif Məmmədova dərin minnətdarlığını bildirib. Azərbaycan poeziyasının bu şəkildə təbliği Moskvada yaşayan şairlərimiz və yazıçılarımızın Rusiya yazıçıları arasında dostluq və yaradıcılıq əlaqələrinin genişlənməsində, möhkəmlənməsində  və inkişafında böyük pol oynayır.

Tədbirdə Moskvada yazıb-yaradan şairlərimiz; -Sultan Mərzili, Əşrəf Hüseynli,  Əliş Əvəz, Afaq Şıxlı, AbbasAğdabanlı,Vasif Məmmədli, Valex Salex,  Yavər Həsən, Yaşar Süleymanlı  çıxış ediblər.


Modern.az   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə