Modern.az

Kür çayında daşqın gözlənilir?

Kür çayında daşqın gözlənilir?

13 Aprel 2015, 10:54


Keçən həftədən başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib. Paytaxtda və bölgələrdə yağıntının miqdarı çoxalıb. Aprel-may aylarında yağıntının miqdarı çoxaldığından çaylarda suyun səviyyəsi qalxır. Bu da bəzi ərazilərdə selin, daşqının yaranmasına səbəb olur. Bu, Kür çayında suyun səviyyəsinin yüksəlməsinə gətirə bilərmi?

Məsələ ilə bağlı Sabirabad rayonundan seçilən deputat Rüstəm Xəlilov Modern.az-a açıqlamasında Kür çayının son vəziyyəti ilə bağlı məlumat verib. “Son günlərdə yağıntıların miqdarı çox olsa da, Kür çayının səviyyəsində güclü qalxmaq müşahidə olunmur. Kür çayı normal axır. Ona görə də hələ ki, Sabirabad ərazisində elə bir təhlükə gözlənilmir. Bildiyiniz kimi, Kür çayında güclü daşqıanların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər vaxtında görülüb. Buna baxmayaraq, rayonda Meliorasiya idarəsi var ki, bu cür işlər birbaşa onların nəzarətindədir. Hazırda Kür çayında elə ciddi bir təhlükə yoxdur”.

Namidə BİNGÖL

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə