Modern.az

Bakıda mənzildən 18 min manat və qızıl-zinət əşyaları oğurlayanlar tutuldu

Bakıda mənzildən 18 min manat və qızıl-zinət əşyaları oğurlayanlar tutuldu

13 Aprel 2015, 12:29


Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda törədilmiş oğurluq hadisəsi haqda məlumat yayıb. Bildirilib ki, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 25-də Səyavuş Aslanovun F.Mirzəyev küçəsində yerləşən  evindən, pəncərəni sındırmaqla içərisində 18 min 600 manat və qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakinləri - 1992-ci il təvəllüdlü Qasım Bəylər oğlu Qüdrətli və 1993-cü il təvəlüdlü  İlqar Nazim oğlu Aslanov tutulublar. 

Modern.az 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə