Modern.az

Nobel mükafatçısı öldü

Nobel mükafatçısı öldü

13 Aprel 2015, 14:28


Məşhur alman yazıçısı, 1999-cu ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı Hünter Qrass 98-ci yaşında vəfat edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur yazıçının ölümü barədə Polşanın Qdansk şəhərinin meri Pavel Adamoviç məlumat verib.

1927-ci il oktyabrın 16-da Polşanın Qdansk şəhərində anadan olan Hünter Qrass daha çox “Tənəkə təbili” romanı ilə məşhurluq qazanıb. Məhz bu əsərinə görə 1999-cu ildə Nobel mükafatı qazanıb.

Hünter Qrass İkinci Dünya Müharibsi zamanı qısa müddətdə alman qoşunlarında xidmət edib və SS-in 10-cu tank diviziyasında xidmət keçib. Qras 1945-ci ilin aprelində Berlində sovet qoşunlarına qarşı döyüşlərdə yaralanıb.

Ömrünün son illərində memarlıqla və öz memuarlarının yazmaqla məşğul idi.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə