Modern.az

Türklərin erməni qonaqları...

Türklərin erməni qonaqları...

18 Sentyabr 2010, 22:19

Türkiyənin Van gölündə yerləşən Akdamar  kilsəsi erməni ayinləri üçün hazırlıq işlərini başa çatdırıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, sabah erməni dindarlar Akdamarda  ayin mərasimi keçirəcəklər.
Kilsədəki son təmir-tamamlama işləri barədə məlumat verən Van valisi Münür Karaloğlu erməni qonaqların ən yüksək səviyyədə qarşılanacağını vəd edib. O, erməni xaçının kilsənin üzərinə 1,5 aydan sonra qoyulacağını deyib.

Kilsənin ayinə hazır olduğunu deyən Karaloğlu burada keçirilən mərasimlərin regionun turizm və mədəni dəyərlərininin inkişafı açısından çox önəmli olacağını bildirib.

Akdamarda ermənilərin rahat ayinlər keçirməsi üçün sağlıq, mətbuat məntəqələri, kafe və tibbi ambulans açılıb. Erməni qonaqların yerləşdirilməsi üçün 3500 yerlik otel də inşa olunub. Vali adaya gələn qonaqların yüksək səviyyədə qarşılanması üçün təşkilatçılara tapşırıqlar verib.   

Vanın bələdiyyə başkanı Bekir Kaya da ayin üçün gələcək erməni müsafirlərin ən yaxşı qarşılanacağını deyib. Onun sözlərinə görə, vanlılar hər zaman olduğu kimi şəhərə gələcək müsafirlərin ən yüksək səviyyədə qarşılanması üçün üzərinə düşəni artıqlamasıyla yerinə yetirəcək.

“Yüz illərdir bu torpaqların bir zənginliyi olan inanclara  hər zaman sayğı göstərən xalqımız yenə də eyni şəkildə barış və qardaşlıq duyğularını göstərəcəkdir”-deyə başkan Kaya bildirib. 

 “Özəlliklə bu ayinin şəhərimizdə keçirilməsi xalqlar arasında yeni bir səhifənin açılmasının göstəricisidir. Yüzillərdir ki,  bu torpaqlarda yaşayan qardaş xalqların bu cür günlərdə bir-birinə daha da yaxınlaşması olduqca önəm kəsb etməkdədir. Erməni xalqının “böyük acılar” yaşadığı bu torpaqlarda belə bir gündə xalqımızla birlikdə bir araya gəlməsi əlamətdar olduğu qədər Van xalqının da bir həsrətlə gözlədyi gündür
Zirvədə ayin ilə birlikdə Vanda yaşayan xalqların və inancların necə bir barış içində yaşamasının hissediləcəyini, xalqlar arasında mədəni, humanist və insani  duyğuların yaşanacağına inanıram. Erməni müsafirlərimizin ən yaxşı şəkildə qarşılanacağına inanıram. Bu inancla erməni müsafirlərimizi Vanda müsafir etməkdən xoşbəxt olduğumuzu bildiririk”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə