Modern.az

“Fasadı zəhərli materialla üzlənən binalar təxribat nəticəsində yandırıla bilər”

“Fasadı zəhərli materialla üzlənən binalar təxribat nəticəsində yandırıla bilər”

14 Aprel 2015, 12:39


“Xətai rayonu ərazisində binanın yanması dəhşətli hadisədir. Bu onu göstərdi ki, Bakı Şəhər İcra Hakimiyyəti binaların süni materiallarla üzlənməsi məsələsinə baxmalıdır”.

Modern.az xəbər verir ki, bunu Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Milli Məclisin iclasında deyib.

Deputat bildirib ki, binalar süni fasadlarla üzlənməməlidir: “Bu materialları kim gətirir? Təsəvvür edin, bir anın içərisində bütün bina alışdı. Bu zəhərli, tez alışan materiallar şəhərdə əksər binalara vurulur. Bu binalar bir gecənin içərisində təxribat nəticəsində yandırıla bilər. Xahiş edirəm, aidiyyəti orqanlar qarşısında bu problem qaldırılsın və həmin tez alışan maddələrin binaların fasadına çəkilməsi qadağan edilsin”.

İqbal Ağazadənin fikrincə, Xətai rayonundakı hadisə gecə vaxtı olsaydı, daha böyük fəsadlar yaranacaqdı: “Bu binada 403 nəfər yaşayırdı. Yaxşı ki, hadisə günorta saatlarında baş verdi. O yanğına baxanda adam dəhşətə gəlir. İnsanlar zəhərlənə, xəsarət ala bilərdilər”.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə