Modern.az

Xoşqədəm ATV əməkdaşlarını mətbuat konfransından qovdu

Xoşqədəm ATV əməkdaşlarını mətbuat konfransından qovdu

14 Aprel 2015, 13:24

Xoşqədəm Hidayətqızı ATV kanalının əməkdaşlarını bu gün keçirdiyi mətbuat konfransına buraxmayıb. Lent.az-ın məlumatına görə, o, adıçəkilən kanalın əməkdaşlarını mətbuat konfransdan qovub. X.Hidayətqızı ATV əməkdaşlarının keçirdiyi mətbuat konfransında görmək istəmədiyini bildirib.

O, “Azad Azərbaycan” dan gələn jurnalist Vüqar Vüqarlı ilə görüşüb: “Vüqar, sən mənim dostumsan. Amma sizi bura kim çağırdı? Mən ATV-nin burda olmasını istəmirəm. Sadəcə çox az sayda jurnalisti dəvət eləmişəm”.

Xoşqədəmin sözlərinə V.Vüqarlı belə cavab verib: “Saytdan oxuyub, gəlmişəm. İndi nə edək? Çıxaq gedək?”. 

Daha sonra X.Hidayətqızı ilə söhbətləşən ATV-nin əməkdaşı və çəkiliş heyəti mətbuat konfransını tərk edib. 

Daha sonra aparıcı ATV-nin əməkdaşını mətbuat konfransından qovmasına aydınlıq gətirib:

“Mən onları qovmamışam. Sadəcə onlara dedim ki, 2 saat sonra gəlin, sizə ayrıca müsahibə verəcəm”.

Qeyd edək ki, “Azad Azərbaycan” telekanalı ilə yollarını ayıraraq ANS-ə keçən tanınmış aparıcı Xoşqədəm Hidayətqızı bu gün mətbuat konfransı keçirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə