Modern.az

Erməni daşnaklardan Türkiyənin xoşməramlı niyyətlərinə cavab

Erməni daşnaklardan Türkiyənin xoşməramlı niyyətlərinə cavab

19 Sentyabr 2010, 23:18

Sentyabrın 19-da Türkiyənin Van vilayətində yerləşən Akdamar kilsəsində erməni ayinləri başlayıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki,  Ermənistanda isə paytaxt İrəvanda  erməni daşnaklar Akdamar ayinlərinə qarşı bir ssenari düzənləyiblər. 
Erməni daşnaklar bununla türklərin xoşməramlı səylərinə cavab veriblər.  İrəvandakı qondarma “soyqırım“ abidəsi önünə yığışan daşnaklar Türkiyənin Vandakı səylərini “şou” adlandırıblar.  Daşnaklar Türkiyəni qondarma “erməni genosidi”ni tanımamaqda, erməni xaçını Akdamar kilsəsinin üzərində yerləşdirməməkdə ittiham ediblər.  Türkiyənin əzəli düşməni olan İnqilabçı Erməni Daşnaksütyun Partiyası Türkiyəni inkarçı siyasət yürütməkdə ittiham edir.

 

BBC-nin məlumatına görə, artıq dünyanın  bir sıra ölkələrindən yüzlərlə erməni ayinlərdə iştirak  üçün Türkiyəyə-Akdamara gəlib. Onların sayı 3500-ə çatıb. Erməni patrikxanasının baş yepiskopu  Armen Ateşyan ayin mərasimini açıb.

Ayinləri Tədbirin əleyhdarları bu aksiyanı Türkiyənin təbliğat addımı adlandırırlar. Türkiyə hakimiyyəti hesab edir ki,  ayinlərinin keçirilməsinə icazə verilməsi  barışıq siyasəti kimi qiymətləndiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə