Modern.az

ABŞ-dan “erməni soyqırımı” AÇIQLAMASI

ABŞ-dan “erməni soyqırımı” AÇIQLAMASI

Təhsil

15 Aprel 2015, 09:53


Roma Papası Fransiskin qondarma erməni soyqırımı ilə bağlı verdiyi açıqlamadan sonra ABŞ-da bu mövzuda mövqeyini ortaya qoyub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf jurnalistlərin uydurma erməni soyqırımı ilə bağlı sualını cavablandırıb.

“ABŞ prezidenti Barak Obama və bizim yüksək vəzifəli şəxslər  Osmanlı imperiyasının son vaxtlarında 1.5 milyon erməninin öldürüldüyünü və ya ölümə təhrik edildiyini dəfələrlə bildirib.

Həqiqətlərin qəbulunun Türkiyə, Ermənistan və Amerika daxil hər kəsin maraqlarına uyğun olduqlarını söyləyiblər”,-deyə Marie Harf qeyd edib.

Marie Harf bununla belə “erməni soyqırımı” ifadəsini işlətməyib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə