Yeni Azərbaycan Partiyası parlament seçkilərində dəstəkləyəcəyi namizədlər siyahısında bir necə ali məktəbin rektorları da var. Modern.az siyahıda adları olan rektorların siyahısını təqdim edir.
Hakim partiya 65 saylı Saatlı – Sabirabad – Kürdəmir – seçki dairəsindən Tibb Unversitetinin rektoru Əhliman Əmiraslanovun adını siyahıya salıb. Bu rektorun ictimai karyerasında ilk deputatlığı olacaq.
Milli Məclisə namizədliyi göstərilmiş digər rektor İnşaat və Memarlıq Unversitetinin rektoru Gülçöhrə Məmmədovadır. Gülçöhrə xanımın namizədliyi 97 saylı Goranboy – Ağdam – Tərtər dairəsindən irəli sürülüb. G. Məmmədova bir dəfə -2000-2005-ci illərdə Milli Məclisin üzvü olub. O zaman Gülçöhrə xanım 6 saylı Yasamal birinci seçki dairəsindən majoritar qaydada Milli Məclisə üzv seçilib.
YAP-ın namizəd kimi adını siyahıya saldığı Aqiyə Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutunun rektorudur. Hakim partiya onun namizədliyini 117 saylı Oğuz – Qəbələ seçki dairəsindən dəstəkləyəcək. Aqiyə xanım da Əhliman Əmiraslanov kimi deputatlığa ilk dəfədir namizəd olur.
YAP-ın digər namizədi İsa Həbibbyli isə Naxçıvan Unversitetinin rektorudur. Onun namizədliyi ötən seçkilərdə olduğu kimi, bu dəfə də 2 saylı Şərur seçki dairəsindən namizədliyi verilib.
Cənab Həbibəylinin deputatlıq stajında artıq 5 il var.
YAP bu dəfə də 16 saylı Yasamal ikinci seçki dairəsindən Bakı Dövlət Unversitetinin rektoru Abel Məhərrəmovu namizədlər siyahısına salıb.
31 saylı Suraxanı ikinc seçki dairəsindən “Odlar Yurdu” Unversitetinin rektoru Əhməd Vəliyev
Hakim partiya tərəfindən dəstəklənəcək.
“Qonşu” 32 saylı Suraxanı üçüncü seçki dairəsindən isə İdman Unversitetinin rektoru Ağacan Abiyev deputatlığa namziəd göstərilib.
Dairəsini dəyişməyən digər deputat Azərbaycan Dillər Unversitetinin rektoru Səməd Seyidovdur. Hakim partiya onun adını 36 saylı Xətai dördüncü seçki dairəsindən irəli sürüb.
89 saylı Göyçay-Ağdaş seçki dairəsindən isə Azərbaycan İqtisad Unversitetinin rektoru Şəmsəddin Hacıyev YAP-ın etimadını qazanıb.
X.SƏFƏROĞLU