Modern.az

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov son söz dedi

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov son söz dedi

15 Aprel 2015, 12:50


Aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə məhkəmə prosesi davam edib.

Hüquq müdafiəçisinin vəkili Fariz Namazlı Moderin.az saytına bildirib ki, prosesdə Rəsul Cəfərov son söz deyib: “Rəsul Cəfərov ona elan olunmuş ittihamlarla razılaşmadığını, ittihamların qanunsuz və əsassız olduğunu dedi. Öz fəaliyyətində daima şəffaf olduğunu, hər hansı maliyyə pozuntularına yol vermədiyini, aldığı qrantları təyinatı üzrə xərcləndiyini bildirib. İş üzrə zərərçəkən kimi tanınan şəxslər də ifadələrində göstəriblər ki, onlar gördüyü işin müqabilində xidmət haqlarını alıblar. Heç bir maliyyə pozuntusuna yol vermədiyi üçün barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi.

Ancaq məhkəmə hökm çıxarmadı. Bu barədə bizə dəqiq məlumat də verilmədi. Ola bilsin ki, məhkəmə sabah hökm çıxarılacaq”.

İnsan Hüquqları Klubunun rəhbəri olan Rəsul Cəfərov 2014-cü ildə avqustun 2-də həbs edilib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Onun işinə mənimsəmə və israf etmə və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub. “Amnesty International” təşkilatı onu vicdan məhbusu kimi tanıyıb.

Prokuror ötən prosesdə ona 9 il iş istəmişdi.

Yeganə OQTAYQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə