Modern.az

“Azərbaycana gələn xarici jurnalistlərin sayının artması bizim xeyrimizədir”

“Azərbaycana gələn xarici jurnalistlərin sayının artması bizim xeyrimizədir”

15 Aprel 2015, 13:51

Xarici jurnalistlərin Azərbaycana gəlməsi müntəzəm xarakter almalıdır. Çünki onların ölkəmizə gəlməsi yerli mətbuatımız üçün faydalıdır.

Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Cavanşir Feyziyev Modern.az-a bildirib ki, xarici jurnalsitlərin mütəmadi olaraq Azərbayacana gəlməsi üçün xeyli işlər görülür:

“Bu günə kimi xarici juranlistlərin ölkəmizə gəlməsi, adətən, böyük miqyaslı tədbirlər ərəfəsində baş verir. Amma biz Mətbuat Şurası olaraq hesab edirik ki, xarici jurnalistlərin müntəzəm olaraq ölkəmizə səfərləri təşkil olunmalıdır. Ölkəmizdə gedən quruculuq və abadlıq işlərinin, inkişafın yerli jurnalistlərlə yanaşı xarici jurnalistlərin də müşahidə etməsi yaxşı olar. Onların ölkəmizdə gördükləri barədə öz vətənlərində ətraflı məlumat verməsi Azərbaycanın xeyrinədir. Ona görə də həm dövlət, həm də ictimai qurumlar xarici jurnalistlərin Azərbaycana gəlməsində maraqlıdırlar”.

Onun sözlərinə görə, bu yaxınlarda Türkiyə və İsrailin nüfuzlu mətbuat orqanlarının əməkdaşlarının Azərbayacana səfər etməsi müsbət haldır:

“I Avropa Oyunlarına görə Azərbaycana dünya miqyasında maraq olduqca böyükdür. Bu səbəbdən daha çox xarici jurnalist Azərbaycana gəlir. Yaxın aylarda yüzlərlə xarici jurnalistin gəlməsi gözlənilir. Mətbuat Şurası bundan istifadə edərək yerli jurnalistlərin onlarla iş birliyi qurmasında cəhdlər göstərəcək. İkitərəfli münasibətlər Azərbaycanın informasiya dairəsini genişləndirir, həmçinin yerli jurnalsitlərin öz yazıları ilə dünya mətbuatına da çıxışını təmin edir.

Mətbuat Şurası I Avropa Oyunları zamanı Azərbaycana gələcək xarici jurnalistlərlə təmasda olmağa, onlarla işbirliyinə səy göstərəcək. Hesab edirəm ki, bu Azərbaycan mətbuatı üçün faydalı olacaq”.

Sevinc Yasinqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə