
Rusiya “S-300” raketlərini bu il İrana təhvil verəcək.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın müdafiə naziri Hüseyn Dekxan məlumat verib. Rusiyaya səfər etməzdən qabaq “İRNA” agentliyinə müsahibə verən nazir Moskvaya səfəti çərçivəsində müvafiq müqaviləni imzalayacaqlarını deyib. “Tehran “S-300” raketlərini bu il təhvil alacaq”, - Dekhan deyib. Bundan iki gün öncə Putin İrana “S-3002 raketlərinin satılmasına qadağa nəzərdə tutan qərarı ləğv etmişdi. İranın Ali Təhlükəsizlik Şurasının sədri Əli Şamxani ilin sonuna qədər Rusiyanın raketləri onlara təhvil verəcəyi təqdirdə, Haaqa Məhkəməsinin qərarı ilə Rusiyanın onlara ödəməli olduğu 4 milyard təzminatdan imtina edəcək.
Vüqar İsmayılov