Nyu-Yorkda polis zorakılığına qarşı etiraz aksiyası keçirilib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkda şəhər sakinləri polisin qaradərili sakini öldürməsinə etiraz ediblər.
ABŞ polisi aksiyalarda iştirak edən 34 nəfəri həbs edib.
Etiraz aksiyası Manhettendə başlayıb. Aksiyada 400 nəfər iştirak edib. Onlar aşağı Manhettendə yerləşən polis idarəsinə istiqamətləniblər.