Roma Papası I Fransiskin qondarma erməni soyqırımı haqqında dedikləri Türkiyənin hakim dairələri ilə yanaşı, millətçilərin də kəskin reaksiyasına səbəb olub. Onun söylədiklərinə etiraz əlaməti olaraq hakerlər Vatikanın rəsmi internet səhifəsinə də hücum ediblər. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Twitter-də özünü Türkiyə bayrağı ilə təqdim edən bir istifadəçi I Fransiskə 1981-ci ildə Əli Mehmet Ağcanın II İohan Pavelə sui-qəsdini bu sözlərlə xatırladıb: “Türkiyədə belə Ağcalar çoxdur. Bir güllə 35 quruşdur”.
Həmin Twitter istifadəçisi Roma Papasına sui-qəsdi əks etdirən fotonu da yerləşdirib.
Modern.az