Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
Akif Təvəkküloğlu deyib ki, səfər çərçivəsində Milli Məclis sədri MDB PA-nın Şura iclasına qatılacaq:
“Şura iclasında təşkilatın 42-ci plenar sessiyasının gündəliyinə daxil olan məsələlər müzakirə olunacaq, Parlamentlərarası Assambleyanın ötənilki fəaliyyətinin nəticələri dinləniləcək.
Qurumun plenar iclasında Vətənin müdafiəsi zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi, vətənpərvərlik ruhunda tərbiyə, sərhəd təhlükəsizliyi, auiditor fəaliyyəti haqqında model qanun layihələrinə və digər məsələlərə baxılacaq”.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri əlavə edib ki, nümayəndə heyətinə daxil olan deputatlar qurumun sosial siyasət və insan hüquqları, siyasi məsələlər və beynəlxalq əməkdaşlıq, hüquqi məsələlər, elm, təhsil üzrə daimi komitələrinin iclaslarında müzakirə olunan məsələrə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Akif Təvəkküloğlu bildirib ki, nümayəndə heyətinin üzvləri səfər çərçivəsində 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə keçiriləcək tədbirlərə qatılacaq. Onun sözlərinə görə, Milli Məclis sədrinin tədbirlərdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.
Parlament rəsmisi qeyd edib ki, nümayəndə heyətinə deputatlar Arif Rəhimzadə, Rasim Musabəyov, Rüfət Quliyev, Hacı Salayev, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Modern.az