Aprelin 19-da Rusiyanın paytaxtı Moskvada “erməni soyqırımı”na həsr olunan “Məhkəmə gedir!” adlı sənədli tamaşa nümayiş olunacaq. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Moskvadakı erməni teatrının yerli diasporun köməyi ilə nümayiş etdirəcəyi tamaşada Rusiyanın 6 xalq və 3 əməkdar artisti rol alacaq. Bunlar xalq artistləri Dmitri Xaratyan, Aleksey Petrenko, Yuri Nazarov, Aleksey Şeynin, Aleksandr Qoloborodko, Aleksandr Korşunov və Sergey Sazontyevdir.
Bundan başqa, səhnədə Rusiyanın əməkdar artistləri Olqa Kabo, Aleksandr Semçev, Daniil Spivakovski və Rusiyanın 1-ci kanalında yayımlanan “Milyonçu” şousunun veteran aparıcısı Dmitri Dibrov da iştirak edəcək.
“Məhkəmə gedir” tamaşasının texniki heyəti və köməkçi aktyorları isə Moskva ermənilərindən ibarət olacaq.
Vüqar İsmayılov