Modern.az

Bank rəhbərinin mətbuat konfransında qız stolun üstünə tullandı – VİDEO

Bank rəhbərinin mətbuat konfransında qız stolun üstünə tullandı – VİDEO

15 Aprel 2015, 21:07


Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Mario Draqi Frankfurt Maynda mətbuat konfransı keçirərkən naməlum qız qəflətən stolun üstünə tullanıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, “Avropa Mərkəzi Bankında diktatura əleyhni” deyib qışqıran qız stolun üstünə tökdüyü konfetlə Draqini sarsıdıb. Hazırda qızın şəxsiyyəti müəyyənləşdirilir. Onun Yunanıstandan gəldiyi, etiraza səbəbin isə bu ölkədəki ağır maliyyə vəziyyətinin ola biləcəyi bildirilir. İnsidentdən bir neçə dəqiqə sonra mətbuat konfransı davam etdirilib.

 

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə