Litvanın Prezident Adminitrasiyası yaxınlığında əlində çemodan olan naməlum kişi özünü partladacağı ilə hədələyir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, dərhal Vilnüsün mərkəzinə insidentlə əlaqədar Litva xüsusi xidmət orqanlarının əməkdaşları gətirilib. Hadisə yerində polislər, yanğınsöndürənlər və təcili yardım briqadası da var. Həmin şəxslə danışıqlar üçün Aras terror əleyhinə dəstə də hadisə yerinə gətirilib.
Adminstrasiyanın işçilərinə binanı tərk etmək təklif olunub. Litva prezidentinin orada olmadığı bildirilir. Polis hələ ki şübhəli şəxsə yaxınlaşmır. Qonşu küçələrdə hərəkət dayandırılıb. “Qalxan” planı elan olunub. Modern.az