Modern.az

Rusiyadan AÇIQLAMA: “Azərbaycan bu imkandan istifadə edir”

Rusiyadan AÇIQLAMA: “Azərbaycan bu imkandan istifadə edir”

16 Aprel 2015, 10:00


“Azərbaycan Rusiya üçün əhəmiyyətli partnyordur. Bu, təkcə dövlətlərin Xəzər regionu üzrə qonşu olması ilə məhdudlaşmır”.

Modern.az saytının məlumatına görə, bunu Rusiya Sənaye və Ticarət Palatasının vitse-prezidenti Georgi Petrov deyib.  

O qeyd edib ki, Azərbaycan Rusiyanın həm də iqtisadi sahədə, xarici ticarət nöqteyi-nəzərindən önəmli tərəfdaşıdır.

Georgi Petrov bildirib ki, Rusiyada Azərbaycanın investisiyalarını görməsindən məmnunluq duyur.  

Vitse-prezident Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra Azərbaycan üçün əlavə imkanlar yarandığını da söyləyib:

“Rusiya bu sanksiyalara cavab tədbirləri görməyə təhrik edilir. Söhbət əsasən, meyvə-tərəvəz məhsullarından gedir.  Azərbaycan kənd təsərrüfatı məhsullarının ənənəvi və çoxdankı təchizatçısıdır. Düşünürəm ki, Azərbaycan şirkətləri yaranmış imkandan uğurla istifadə edir”.  

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə