Modern.az

TÜRKPA-ya üzv dövlətlərin parlament nümayəndələri Bakıya gəliblər

TÜRKPA-ya üzv dövlətlərin parlament nümayəndələri Bakıya gəliblər

20 Sentyabr 2010, 12:24

Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv dövlətlərin parlament aparatlarının rəhbərləri  Bakıya gəliblər. Bu gün səhər onlar Şəhidlər xiyabanında torpaqlarımızın azadlığı uğrunda həlak olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirərək “Əbədi məşəl” abidəsi önünə gül dəstələri qoyublar.

ANS-in məlumatına görə, Azərbaycan Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə Böyük Millət Məclisinin baş katibi Sadettin Kalkan və Qazaxıstan Senatı Aparatının rəhbəri Murat Nurtleuov Şəhidlər xiyabanındakı şəhid türk əsgərlərinin memorialını da ziyarət ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə