Modern.az

Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 320 manatdır

Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 320 manatdır

20 Sentyabr 2010, 12:44

Məlum olduğu kimi, 20 sentyabr Azərbaycanda Neftçilər günü kimi qeyd olunur. Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra milli sərvətimiz olan neft və neftçilərimizin əməyi yüksək dövlət qayğısı ilə əhatə edilib.
Neftçilərə göstərilən dövlət qayğısının əyani göstəricilərindən biri də onların pensiya təminatı ilə bağlıdır və bu sahədən pensiyaya çıxanlar bir sıra imtiyazlara malikdirlər.
Dövlət Sosial Müdafiə Fondundan Modern.az-a verilən məlumata görə, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 5 il tez pensiyaya çıxmaq hüququ qazanırlar. Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği hazırda 320 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 25 min nəfərə yaxındır.

Fonddan bildirilib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. Belə ki, şirkət həm fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, həm də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə ən böyük çəkiyə malikdir. Bu ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 67, 3 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə