Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni əsilli baş müşaviri Etyen Mahçupyan vəzifədən gedib. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun vəzifədən getmə səbəbi kimi təqaüd yaşına çatması göstərilir.
Mahçupyan hələ martın 9-da vəzifəsini tərk etsə də, bu barədə məlumat indi mətbuata verilib.
Əhməd Davudoğlunun baş müşaviri kimi fəaliyyət göstərən Etyen Mahçupyan bu yaxınlarda 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıdığını bəyan etmişdi.
Türkiyə baş naziri Əhməd Davudoğlu erməni əsilli jurnalist Etyen Mahçupyanı ötən ilin oktyabrında baş müşaviri təyin etmişdi. O zaman bu təyinat Türkiyədə də birmənalı qarşılanmamışdı.
E. Mahçupyan Türkiyə prezidenti və baş nazirin müşavirləri arasında ilk qeyri-müsəlman şəxs idi.
Vüqar İsmayılov