Modern.az

Azərbaycanlı səfir Pakistan Senatının yeni sədr müavini ilə görüşüb

Azərbaycanlı səfir Pakistan Senatının yeni sədr müavini ilə görüşüb

16 Aprel 2015, 15:16


Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Senatının yeni seçilmiş sədr müavini Abdul Qafur Heydari  ilə görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, A.Q.Heydarini Pakistan senatının sədr müavini vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edən D. Şikarov Pakistanın Dağlı Qarabağ məsələsində ölkəmizə verdiyi dəstək və Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Ermənistanı dövlət kimi tanımadığı üçün hər bir azərbaycanlının qəlbində pakistanlılara qarşı böyük məhəbbət yarandığını bildirib.

Pakistan Senatı tərəfindən Xocalı soyqırımını tanınmasını əks etdirən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrin qəbul olunmasını yüksək qiymətləndirən D. Şikarov işğal olunmuş Azərbaycan ərazilərində 3 may 2015-ci il tarixində planlaşdırılan qondarma “parlament seçkilərini” tanımayan bəyanat verdiyinə görə Senatın sədr müavininə  təşəkkür edib.  Səfir A. Q.Heydarinin üzvü olduğu Camaat-e Ullama İslam Partiyasının  Azərbaycanla olduğu sıx əlaqələri olduğunu, partiyanın lideri Mollana Fazl ul Rehmanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana  səfərini xatırladıb.

Pakistan Senatının sədr müavini A. Q.Heydari isə ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bu dəstəyin işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini qeyd söyləyib.

Görüş zamanı regionda cərəyan edən hadisələr haqqında fikir mübadiləsi aparılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə