Bu barədə Modern.az saytına Azərbaycan Şahmat Federasiyasının prezidenti Faiq Həsənov məlumat verib.
O qeyd edib ki, Şəmkir şəhərində təşkil olunan bu mötəbər yarışda dünyanın aparıcı grossmeysterləri, hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları, Hindistandan Vişvanatan Anand və Rusiyadan Vladimir Kramnik, eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Maykl Adams, eyni zamanda Azərbaycanda Şəhriyar Məmmədyarov və Rauf Məmmədov mübarizə aparacaqlar:
“Tədbir Şəmkir şəhərində yerləşən Heydər Əliyev mərkəzində təşkil olunub. Bütün oyunlar Azərbaycan, rus və inglis dillərində şərh olunacaq. Turnirdəki 10 iştirakçıdan 6-sı dünya əmsalında birinci onluqdadırlar”. Turnir aprelin 26-dək davam edəcək.
Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.
Azərbaycan şahmatının tanınmış simalarından olan qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu ağır xəstəlikdən sonra müalicə aldığı Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib
Gülşən RAUFQIZI