İstanbulda Xalq Qurtuluş Partiyası –Cəbhəsi (DHKP-C) terrorçu şəbəkəsinə qarşı əməliyyat aparılıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyat nəticəsində terror aktları hazırlamaqda şübhəli bilinən 2 nəfər həbs olunub. Məlumata görə həbs edilənlərin üzərinin axtarışı zamanı onlarda rəqəmsal hesabatların olduğu aşkarlanıb.DHKP-C –nin tutulan üzvlərinin siyasi partiya binalarında, konsulluqlarda, xarici təşkilatların nümayəndəliklərində terror aktı planlaşdırdıqları, məşhur iş adamlarına, hüquq-mühafizə orqanlarının əməkşdaşlarına qarşı sui-qəsd hazırladıqları bildirilir.
Xatırladaq ki, bir müddət öncə Gəzi parkı hadisələri zamanı öldürülən Berkin Əlvanın işi ilə bağlı istintaq aparan prokuror Mehmet Səlim DHKP-C terrorçuları tərəfindən öldürülüb.
DHKP-C-nin Suriya prezidenti Bəşər Əsədə yaxın “Şəbbiha” qruplaşması ilə təmaslarda olması barədə də məlumatlar var.
Aqşin Kərimov