Modern.az

Rauf Əliyev: “Avropa Parlamenti ikili standartlardan əl çəkmir”

 Rauf Əliyev: “Avropa Parlamenti ikili standartlardan əl çəkmir”

16 Aprel 2015, 16:55


“Avropa Parlamentinin qondarma erməni soyqırımını tanımasi ilə bağlı qəbul etdiyi qətnamə bir daha göstərdi ki, Avropa Parlamenti ikili standartlardan  əl çəkmir ancaq öz mənafeləri naminə hadisələrə qiymət verirlər”. Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev bildirib.

“Erməni soyqırımı”nın tanınmasına münasibət bildirərkən deyib ki, dünyanın bir çox yerindəki münaqişə ocaqlarında hər gün minlərlə insan öz həyatını itirir, qəsəbə və kəndlər, şəhərlər yerlə yeksan olur, milyonlarla insan öz doğma evini tərk etməyə məcbur olur. Maraqlı budur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə  BMT-nin 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq Azərbaycanın 20 faiz torpaqları hələ də erməni qəsibkarlarının işğalı altındadır. İşğal olunmuş torpaqlarda çoxlu sayda tarixi və mədəniyyət abidələri məhv edilib, bir milyondan çox azərbaycanlı öz doğma yurdlarını tərk etməyə məcbur olub”. 

Deputat baş verən hadisələrə bariz nümunə olaraq Quba məzarlığını misal çəkib: “20-ci əsrin əvvəllərində erməni daşnaq-bolşevik qrupları Azərbaycanın müxtəlif  bölgələrində minlərlə azərbaycanlını vəhşicəsinə, işgəncələrlə öldürüblər. Bu hadisələrin bariz nümunəsi Quba məzarlığıdır. Bu məzarlığı ziyarət edən müxtəlif ölkələrdən gələn nümayəndələr gördükləri mənzərədən dəhşətə gəlirlər. 20-ci əsrin sonlarında bu hadisələr yenidən təkrarlandı. Xocalıda baş verən dəhşətli qətliam əslində soyqırım hadisəsidir. Bu soyqırım əməliyyatına rəhbərlik etmiş Ermənistanın indiki prezidenti Sarkisyan utanmadan bu əməlləri törətdiyini Avropalı deputatların  qarşısında bəyan edib. Bütün bunları Avropalı deputatlar çox sakit qarşılayırlar, elə bil ki heçnə olmayıb. 

“Qondarma soyqırım” məsələsi ilə bağlı Türkiyə tərəfi dəfələrlə hər iki dövlətin tarixçilərinin iştirakı ilə birgə komisiya yaradılmasını təklif edib. Lakin Ermənistan tərəfi bu təklifləri qəbul etmir, çünki özləri də bilir ki, bu uydurulmuş “soyqırımı” tarixi faktlarla sübüt etmək mümkün olmayacaq.

Elə düşünürəm ki, belə bir qətnamənin qəbul edilməsində bir neçə gün bundan öncə Roma Papasının yüksək din xadimi rütbəsi olan bir şəxsin öz çıxışında bu “qondarma soyqırım” ifadəsini işlətməsi də müəyyən rol oynamışdır. Hesab edirəm ki, AP-nın bu fitnəkar qətnaməsi təkcə Türkiyə Respublıkasına qarşı yox bütünlükdə bütün Türk dünyasına qarşı yönəlmişdir. Ona görə də hər birimiz AP-nin bu riyakar qətnaməsinə öz etirazımızı bildirməliyik”.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə