Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən xüsusi razılıq (lisenziya) olmadan qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində müvafiq tədbirlər görülməsinə başlanılıb.
Modern.az saytı xəbər verir ki, Şura tərəfindən Sumqayıt şəhərində xüsusi razılıq (lisenziya) olmadan qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər aşkar olunaraq onlar barəsində müvafiq tədbirlər görülməsi məqsədilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət ünvanlanıb.
“Eyni zamanda Bakı şəhərində, əsasən də yeni tikililərdə xüsusi razılıq (lisenziya) olmadan bir sıra fiziki və hüquqi şəxslər tərəfindən qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti həyata keçirilir”-deyə Şura bəyan edib.
Modern.az