Modern.az

Ali Məhkəmədə Orxan Kərimovun şikayətinə baxılacaq

Ali Məhkəmədə Orxan Kərimovun şikayətinə baxılacaq

17 Aprel 2015, 17:33


Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimovun işindən Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Aprelin 17-də 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Orxan Kərimov barəsində seçilən 7 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il sınaq müddətinə şərti cəza ilə əvəzlənib.

Orxan Kərimov 2012-ci il iyunun 21-də həbsdən buraxılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onun haqqında həbs qətimkan tədbirini ləğv edib.

Sentyabrın 19-da 2013-cü ildə Apelyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Modern.az saytına danışan vəkil Müzəffər Baxışov bildirib ki, şikayət Bakı Apelyasiya Məhkəməsinin qərarından verilib: “Ali Məhkəməyə şikayət martın 12-si 2015-ci ildə verilib.

İşə nə vaxt baxılacağı barədə bildiriş gəlməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2012-ci il hökmü ilə Orxan Kərimov Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 və 308.2 maddəsi ilə məhkum olunub.

Biz hesb edirik ki, onun barəsində çıxarılan iddia hökmü qanunsuz və əsassızdır. Orxan Kərimov Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Ona verilən ittihamda nəzərədə tutulan cinayət üzrə o, vəzifəli şəxs kateqoriyasına daxil deyil. Orxan Kərimovun əməlində cinayət tərkibi yoxdur, buna görə də Ali Məhkəmədən işə bəraətverici əsaslarla xitam verilməsini  xahiş etmişik”.

Yeganə OQTAYQIZI

 

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə