Modern.az

DİN-in polkovniki özünü pəncərədən atdı

DİN-in polkovniki özünü pəncərədən atdı

17 Aprel 2015, 18:00


Rusiya Daxili İşlər Nazirliyinin daxili xidmət polkovniki, Böyük Vətən Müharibəsi veteranı Mixail Berezin 87 yaşında intihar edib.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, səhər 8 radələrində 6-cı mərtəbədə yerləşən mənzilinin pəncərəsinə çıxan zabit özünü yerə atıb.

İstintaq 87 yaşlı veteranın intihar səbəbini bilməsə də, mart ayından bəri ağır ağciyər xəstəliyindən əziyyət çəkən polkovnikin məhz buna görə həyatına qəsd etməsi əsas versiyalar arasındadır.

Məlumata görə, Mixail Berezin 1945-ci ilin iyununda 221-ci Orşan-Xinqan diviziyasının pulemyotçusu kimi Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak edib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə